4 noyabr 2026. Çərşənbə

Sumqayıt Premyer Liqada 250-ci qolunu vurdu


Sumqayıt Premyer Liqada 250-ci qolunu vurdu

“Sumqayıt” Premyer Liqada 250-ci qolunu vurub.

Corner.az saytı xəbər verir ki, bu, mövsümün IX turunun “Neftçi” ilə ev oyununa təsadüf edib.

“Kapital Bank Arena”da 2:4 hesabı ilə məğlub olan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb. 90+2-ci dəqiqədəki topu Rəhim Sadıxov vurub.

Bu, 2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın 261-ci oyununda 250-ci qolu olub. “Gənclik şəhəri” təmsilçisinin orta məhsuldarlığı 0,96-ya bərabərdi. 250 qoldan 133-ü evdə, 117-si səfərdə vurulub.







Misli Premyer liqa