- Misli Premyer liqa
- 17:25 01.11.2026
Misli Premyer Liqasının X turunda daha bir qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Neftçi” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Ağ-qaralar”ın heyətində Qustavo Klisman 14-cü, Breno Almeyda 49-cu, Adeleke Akinyemi isə 75-ci dəqiqədə fərqlənib. Meydan sahiblərinin qollarını Abdullahi Şuaybu (24) və Ayman Bouali (64) vurublar.
Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran “Neftçi” turnir cədvəlinin liderliyini ələ keçirib. “Şamaxı” isə 13 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) qarşılaşmaları isə heç-heçə ilə yekunlaşıb.