1 noyabr 2026. Bazar günü

“Kəpəz” Namiq Ələsgərovun qolu ilə “İmişli”ni məğlub edib


“Kəpəz” Namiq Ələsgərovun qolu ilə “İmişli”ni məğlub edib

Misli Premyer Liqasının X turunda daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə şəhər stadionunda “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 77-ci dəqiqədə vurduğu qolla Namiq Ələsgərov həll edib.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran “Kəpəz” turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. “İmişli” isə 10 xalla səkkizinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”ı, “Neftçi” isə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) qarşılaşmaları isə heç-heçə ilə yekunlaşıb.







Misli Premyer liqa

Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb
  • Misli Premyer liqa
  • 12:09 30.10.2026
Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb