- Misli Premyer liqa
- 14:14 03.11.2026
Azərbaycan Premyer Liqasının ən titullu klubu “Qarabağ” ardıcıl üç çempionat qarşılaşmasında heç-heçə ilə kifayətlənib.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə görüşlərin hər birində bir xal qazanıb. Bununla da 11 qat ölkə çempionu 11 ildən sonra ilk dəfə belə seriya ilə üzləşib.
“Qarabağ” sonuncu dəfə 2015/2016-cı illər mövsümünün ilk yarısında ardıcıl üç heç-heçə edib. Həmin vaxt – 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ” (1:1) ilə qarşılaşmalarda xallar bölüşdürülüb.
Qeyd edək ki, cari mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç çempionat oyununda heç-heçə edib. Daha əvvəl “Neftçi” də “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdə heç-heçə ilə kifayətlənib.