- Misli Premyer liqa
- 14:14 03.11.2026
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsinin qarşılaşmalarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
90deqiqe.Az xəbər verir ki, “Səbail” – “Zirə” görüşünün 80-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Samuel Nonqoh ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün bir oyunluq diskvalifikasiya edilib. Bu səbəbdən “Səbail” klubu 150 manat cərimələnib. Həmin matçda “Zirə”nin dörd futbolçusu sarı vərəqə aldığı üçün qonaq komandaya 700 manat cərimə tətbiq olunub.
MOİK – “Şahdağ Qusar” qarşılaşmasının 73-cü dəqiqəsində meydan sahiblərinin 80 nömrəli futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, üç oyunluq diskvalifikasiya edilib, MOİK isə 900 manat cərimələnib.
“Şəfa” – “Ağstafa Gəncləri” oyununda qonaq komandanın həkimi olmadığı üçün “Ağstafa Gəncləri” klubu 100 manat cərimə ödəyəcək.
“Xankəndi” – “Gəncəbasar” görüşündə meydan sahiblərinin altı futbolçusu sarı vərəqə aldığına görə “Xankəndi”yə 210 manat cərimə tətbiq edilib.
“Zəngəzur” – “Karvan-Yevlax” qarşılaşması təcili tibbi yardım avto