- Misli Premyer liqa
- 13:26 04.11.2026
Vətən müharibəsində qazanılan tarixi Qələbənin 6-cı ildönümü münasibətilə futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” adlandırılıb.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, müvafiq qərar 8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilib.
Qərara əsasən, noyabrın 6-8-də keçiriləcək turun bütün oyunlarından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.