7 avqust 2026. Cümə

Neftçi ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm - Qurban Qurbanov


Neftçi ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm - Qurban Qurbanov

“Futbolçuları təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birini göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər".
 
Corner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda "Səbail"i 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, növbəti turda qarşılaşacaqları "Neftçi" ilə matç barədə də danışıb: "Rəqibimiz ciddi və istəklidir. Oyunlarımız maraqlı alınır. Oyunçulardan intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı görüş olsun və futboldan həzz alsınlar. Ondan sonra Kipr APOEL-i ilə qarşılaşmanın olmasına baxmayaraq, "Neftçi" ilə matçda çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik".







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı