- Misli Premyer liqa
- 22:31 06.11.2026
Azərbaycan Premyer Liqasının XI turuna start verilib.
90deqiqe.Az-ın məlumatına görə, turun ilk oyununda “Qarabağ” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.
“Azərsun Arena”da keçirilən görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın taleyini 80-ci dəqiqədə vurduğu qolla Roderik Miller həll edib.
Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran “Turan Tovuz” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. 19 xalı olan “Qarabağ” isə dördüncü sıraya geriləyib.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Qələbənin 6-cı ildönümü münasibətilə Premyer Liqanın XI turu “Zəfər turu” elan olunub. Qərara əsasən, noyabrın 6-8-də keçiriləcək bütün qarşılaşmalardan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.
Turun ilk oyun günündə daha bir qarşılaşma keçiriləcək. “Neftçi” “Palms Sports Arena”da “Kəpəz”i qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.