7 noyabr 2026. Şənbə

“Neftçi” “Kəpəz”i məğlub edərək Premyer Liqada liderliyə yüksəlib


“Neftçi” “Kəpəz”i məğlub edərək Premyer Liqada liderliyə yüksəlib

Azərbaycan Premyer Liqasının XI turunda daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ikinci oyununda “Neftçi” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. “Palms Sports Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın taleyini 67-ci dəqiqədə vurduğu qolla Alen Şkribek həll edib.

Bu qələbədən sonra xallarının sayını 24-ə çatdıran “Neftçi” turnir cədvəlinin liderliyini ələ keçirib. “Kəpəz” isə 17 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Qələbənin 6-cı ildönümü münasibətilə Premyer Liqanın XI turu “Zəfər turu” elan olunub. Qərara əsasən, noyabrın 6-8-də keçirilən bütün oyunlardan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilir.

Xatırladaq ki, turun ilk qarşılaşmasında “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. “Zəfər turuna” noyabrın 8-də yekun vurulacaq.







Misli Premyer liqa