7 noyabr 2026. Şənbə

“Kəpəz” fasilə dövründə “Gəncəbasar”la yoxlama oyunu keçirəcək


“Kəpəz” fasilə dövründə “Gəncəbasar”la yoxlama oyunu keçirəcək

“Kəpəz” futbol klubunun milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə müddətində hazırlıq planı müəyyənləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Premyer Liqanın XI turunda “Neftçi” ilə qarşılaşan Gəncə təmsilçisinin futbolçuları dörd günlük istirahətdən sonra noyabrın 10-da məşqləri bərpa edəcəklər.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində bir yoxlama oyunu keçirəcək. “Kəpəz” noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi “Gəncəbasar”la üz-üzə gələcək.







Misli Premyer liqa