7 avqust 2026. Cümə

Bəzi çatışmazlıqlarımız var idi - Qara Qarayev


Bəzi çatışmazlıqlarımız var idi - Qara Qarayev

“Ağır bir oyundan sonra vacib qələbə qazandığımızı düşünürəm. Çünki APOEL-lə çox çətin qarşılaşma oldu. Müəyyən mənada, oyun ərzində bəzi çatışmazlıqlarımız var idi. Amma ümumilikdə düşünürəm ki, vacib olan 3 xal idi və onu da qazandıq”.

Corner.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Matçda yeganə qolun müəllifi “Neftçi”nin futbolçusu Rəhman Hacıyevin "İnstaqram"da “Qarabağ”la bağlı paylaşımına da münasibət bildirib: “Bizim klubda belə şeylərə icazə vermirlər. Heç təsəvvür yaratmayıblar ki, belə şeylər paylaşa bilərik. Biz bütün komandalara qarşı hörmətlə yanaşmışıq. Düşünürəm ki, “Neftçi” ilə oyundan daha vacib bu oyun idi. Şükürlər olsun ki, bu oyunda qələbə qazana bildik”.(qol)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı