9 noyabr 2026. Bazar ertəsi

“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olunub


“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olunub

“Araz-Naxçıvan” klubunun müdafiəçisi İssuf Paro ön çarpaz bağın qopması səbəbindən cərrahiyyə əməliyyatı keçirib.

Naxçıvan təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, əməliyyat Ankarada yerləşən “Acıbadem Ankara Hospital”da tanınmış həkim Mehmet Binnət tərəfindən uğurla həyata keçirilib.

Futbolçunun üç gün sonra xəstəxanadan evə buraxılması gözlənilir. Onun gələn ilin ilk aylarında fərdi məşqlərə başlaması planlaşdırılır.

Qeyd edək ki, İssuf Paro Misli Premyer Liqasının VIII turunda “Sumqayıt”la keçirilən qarşılaşmada zədələnib.







Misli Premyer liqa