17 mart 2026. Çərşənbə axşamı

"Zirə" ilə 50-ci oyun


"Zirə" ilə 50-ci oyun

Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub.

Corner.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, “Sabah”la səfər matçına kapitan kimi çıxan yarımmüdafiəçi “Qartallar”ın heyətində yubiley – 50-ci oyununu keçirib. O, bu müddətdə 5 qola imza atıb.

Elvin Premyer Liqada 47, Azərbaycan kubokunda 3 dəfə “Zirə” forması ilə meydana çıxıb. 2016-cı il yanvarın 31-də çempionatın “Keşlə” ilə ev oyununda (2:1) debüt edən Məmmədov 2015/16 mövsümündə 15 görüşdə (2 qol) iştirak edib. Yarımmüdafiəçi 2016/17 mövsümündə 24 çempionat (3 qol) və 3 kubok görüşündə şans qazanıb. 2 illik fasilədən sonra bu yay “Zirə”yə qayıdan futbolçu cari mövsüm Premyer Liqada 8 dəfə meydana çıxıb.

Qeyd edək ki, Elvin komandanın heyətində 50 və daha çox oyun keçirən 14-cü futbolçu olub. (qol)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi