- Misli Premyer liqa
- 18:47 19.11.2026
Xankəndi şəhər stadionunda əsaslı yenidənqurmadan sonra ilk rəsmi futbol qarşılaşması keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, I Liqanın VIII turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları üz-üzə gəliblər. Görüş Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Təxminən 3000 azarkeşin izlədiyi qarşılaşmada qolları 67-ci dəqiqədə İbrahim Əliyev, 77-ci dəqiqədə isə Obicon Onyeka vurublar.
Bu nəticədən sonra “Karvan-Yevlax” 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Xankəndi” isə 6 xalla səkkizinci yerdədir.
Qeyd edək ki, Xankəndi şəhər stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.