21 noyabr 2026. Şənbə

“Zirə” səfərdə “İmişli” ilə heç-heçə edib


“Zirə” səfərdə “İmişli” ilə heç-heçə edib

Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun açılış qarşılaşmasında “Zirə” səfərdə “İmişli” ilə üz-üzə gəlib. Yevlax şəhər stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 44-cü dəqiqədə Davit Volkov açıb. 55-ci dəqiqədə Rikardu Martinş fərqi iki topa çatdıraraq “Zirə”nin üstünlüyünü möhkəmləndirib.

Lakin görüşün sonrakı dəqiqələrində “İmişli” iki penalti qazanıb. Hər iki zərbəni dəqiq yerinə yetirən Seyxan Fərəcov komandasına heç-heçə qazandırıb.

Bu nəticədən sonra “Zirə” 20 xalla turnir cədvəlinin dördüncü, “İmişli” isə 12 xalla səkkizinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, XII tura noyabrın 22-də yekun vurulacaq.







Misli Premyer liqa