- Misli Premyer liqa
- 21:43 20.11.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda növbəti qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, son ölkə çempionu “Sabah” səfərdə “Sumqayıt”ın qonağı olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş Bakı təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran “Sabah” turnir cədvəlinin liderlik pilləsinə yüksəlib. “Sumqayıt” isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.
Qeyd edək ki, XII turun açılış matçında “Zirə” səfərdə “İmişli” ilə 2:2 hesablı heç-heçə edib. Tura noyabrın 22-də yekun vurulacaq.