21 noyabr 2026. Şənbə

“Turan Tovuz” səfərdə “Şamaxı”ya qalib gəlib


“Turan Tovuz” səfərdə “Şamaxı”ya qalib gəlib

Misli Premyer Liqasının XII turunda “Turan Tovuz” səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada Tovuz təmsilçisi ilk qolu 34-cü dəqiqədə Joarlem Santosun ifasında vurub. İbrahima Vadji isə 88-ci dəqiqədə fərqi artıraraq komandasının qələbəsini rəsmiləşdirib.

Bu nəticədən sonra “Turan Tovuz” 24 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 14 xalı olan “Şamaxı” isə 7-ci sıradadır.

XII turun digər oyununda bu gün “Şəfa” “Qəbələ”ni qəbul edəcək. “SOCAR Polymer Arena”da keçiriləcək matç saat 17:00-da start götürəcək.

Turun ilk oyun günündə “İmişli” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib, “Sabah” isə səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə darmadağın edib. XII tura noyabrın 22-də yekun vurulacaq.







Misli Premyer liqa