- Misli Premyer liqa
- 19:13 21.11.2026
Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” səfərdə “Şəfa” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, “SOCAR Polymer Arena”da keçirilən görüş bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qəbələ”nin heyətində Şahin Şahniyarov 59-cu dəqiqədə hesabı açıb. Meşak Uboçioma isə 90+2-ci dəqiqədə fərqi artıraraq komandasının qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra “Qəbələ” 11 xalla turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. 5 xalı olan “Şəfa” isə 11-ci sırada qərarlaşıb.
XII turun ilk oyun günündə “İmişli” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. “Sabah” səfərdə “Sumqayıt”ı 5:1, “Turan Tovuz” isə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. Tura noyabrın 22-də yekun vurulacaq.