22 noyabr 2026. Bazar günü

“Neftçi” “Araz-Naxçıvan”ı məğlub edərək liderliyini qoruyub


“Neftçi” “Araz-Naxçıvan”ı məğlub edərək liderliyini qoruyub

Azərbaycan Premyer Liqasında XII turun növbəti qarşılaşması keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Neftçi” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüş Bakı klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qustavo Klisman dubl edib, Draqolyub Saviç isə bir dəfə fərqlənib. Naxçıvan təmsilçisinin yeganə qolunu Rüfət Abbasov avtoqol nəticəsində vurub.

Bu qələbədən sonra 27 xala yüksələn “Neftçi” turnir cədvəlinə liderlik edir. “Araz-Naxçıvan” isə 4 xalla sonuncu, 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”ı 5:1, “Turan Tovuz” “Şamaxı”nı, “Qəbələ” isə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib. “Zirə” – “İmişli” görüşündə isə 2:2 hesablı heç-heçə qeydə alınıb.







Misli Premyer liqa