- Misli Premyer liqa
- 19:29 22.11.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunları başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, turun son qarşılaşmasında “Kəpəz” doğma meydanda “Qarabağ”ı qəbul edib. Gəncə Stadionunda keçirilən görüşdə tərəflər qapılara yol tapa bilməyiblər – 0:0.
Bu nəticədən sonra Ağdam təmsilçisi 20 xalla turnir cədvəlinin dördüncü, “Kəpəz” isə 18 xalla altıncı pilləsində qərarlaşıb.
Günün digər matçında “Neftçi” səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. Şamaxı şəhər stadionunda baş tutan görüş Bakı klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin heyətində Qustavo Klisman dubl edib, Draqolyub Saviç isə bir dəfə fərqlənib. Naxçıvan təmsilçisinin yeganə qolunu rəqib futbolçu Rüfət Abbasov avtoqol kimi öz qapısına vurub.
Qələbə sayəsində xallarını 27-yə çatdıran “Neftçi” turnir cədvəlinin lideridir. “Araz-Naxçıvan” isə 4 xalla sonuncu – 12-ci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”ı 5:1, “Turan Tovuz” “Şamaxı”nı, “Qəbələ” isə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib. “Zirə” – “İmişli” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 2:2.