- Misli Premyer liqa
- 12:23 23.11.2026
“Kəpəz”in futbolçusu Əli Səmədov Azərbaycan Premyer Liqasında 100-cü matçına çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
29 yaşlı müdafiəçinin yubiley görüşü Misli Premyer Liqasının XII turunda “Qarabağ”a qarşı keçirilən ev matçına təsadüf edib. Səmədov çempionatda keçirdiyi 100 oyunda 1 qol vurub.
2015/2016 mövsümündə debüt edən futbolçu karyerası ərzində iki klubun formasını geyinib. O, “Kəpəz”də 86 matçda meydana çıxaraq 1 qol vurub, “Şamaxı”da isə 14 oyun keçirib.
Qeyd edək ki, Əli Səmədov Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçu olub.