- Misli Premyer liqa
- 12:23 23.11.2026
“Zirə”nin hücumçusu Davit Volkov klubun heyətində 50-ci qoluna imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı futbolçunun yubiley qolu Misli Premyer Liqasının XII turunda “İmişli” ilə səfər matçına (2:2) təsadüf edib. Volkov qəsəbə təmsilçisinin heyətində 156-cı oyununda 50-ci qolunu vurub.
29 yaşlı forvard bu qolların 42-ni Premyer Liqada (124 oyun), 3-nü ölkə kubokunda (18 oyun), 5-ni isə avrokuboklarda (14 oyun) qeydə alıb.
Qeyd edək ki, Davit Volkov “Zirə”nin heyətində ilk qolunu 2020-ci il mayın 8-də “Səbail”lə səfər çempionat matçında vurub. O, klub tarixinin ən yaxşı bombardiridir.