23 noyabr 2026. Bazar ertəsi

Premyer Liqada XII tur mövsümün ilk antirekordu ilə yadda qalıb


Premyer Liqada XII tur mövsümün ilk antirekordu ilə yadda qalıb

Misli Premyer Liqasının XII turunda mövsümün ilk dəfə bütün ev sahibi komandələrin qələbə qazana bilməməsi qeydə alınıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Turun altı qarşılaşmasında meydan sahibi komandələrdən heç biri qələbə qazanmayıb. Qonaq komandələr dörd qələbə əldə edib, iki görüş isə heç-heçə ilə başa çatıb.

“İmişli” – “Zirə” (2:2) və “Kəpəz” – “Qarabağ” (0:0) matçlarında tərəflər xalları bölüşüblər. “Sumqayıt” “Sabah”a 1:5, “Şəfa” “Qəbələ”yə 0:2, “Şamaxı” “Turan Tovuz”a 0:2, “Araz-Naxçıvan” isə “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında ev sahibi komandələrin turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün əvvəlində qeydə alınıb. II turun altı matçında bir heç-heçə yaşanıb, digər beş qarşılaşmada isə qonaqlar qalib gəlib.







Misli Premyer liqa