- Misli Premyer liqa
- 13:58 23.11.2026
“Sumqayıt” klubu futbolçusu Masaki Murata ilə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, yaponiyalı futbolçu 2023/2024 mövsümündə də “Sumqayıt”ın formasını geyinib. O, 2025-ci ildə yenidən komandaya qayıdıb.