4 noyabr 2026. Çərşənbə

Turun ən yaxşısı Dabo oldu


Turun ən yaxşısı Dabo oldu

InStat'ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının IX turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, bu dəfə "Neftçi"nin hücumçusu Baqali Dabo seçilib.

Fransalı forvard 320 göstərici ilə hamını qabaqlayıb. Dabo “Sumqayıt”a qarşı görüşdə (4:2) 90 dəqiqə meydanda olub, 2 qol və komandasına penalti qazandırmaqla yadda qalıb.

Qeyd edək ki, Baqali Dabo bu mövsüm eyni zamanda ikinci dəfə turun simvolik komandasına düşüb.







Misli Premyer liqa