- Misli Premyer liqa
- 21:21 27.11.2026
Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən bəzi qarşılaşmalarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.
Peşəkar Futbol Liqasından (PFL) 90deqiqe.Az-a verilən məlumata görə, bu təşəbbüs VAR hakimlərinin peşəkar inkişafına və praktiki təcrübələrinin artırılmasına xidmət edəcək. Qərar AFFA Hakimlər Komitəsinin PFL-ə ünvanladığı rəsmi müraciət əsasında qəbul olunub.
13-cü turda AVAR-2 hakimləri aşağıdakı oyunlara təyin ediliblər:
“Neftçi” – “Zirə” — Fəridə Lütfəliyeva
“Sabah” – “Araz-Naxçıvan” — İslam Məmmədov
“Qarabağ” – “Sumqayıt” — Niyaz Əhmədov
Qeyd edək ki, AVAR-2 hakimlərinin VAR otağında iştirakı təlim və müşahidə məqsədi daşıyacaq. Onlar oyun epizodlarının qiymətləndirilməsində və qərarların qəbulunda heç bir funksional rol oynamayacaqlar.