- Misli Premyer liqa
- 21:21 27.11.2026
Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
90deqiqe.Az-ın məlumatına görə, turun açılış qarşılaşmasında “İmişli” Yevlax şəhər stadionunda “Şəfa”nı qəbul edib. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində Elnur Cəfərov dubla imza atıb. “Şəfa”nın digər qolunu Musa Quel vurub. “İmişli”nin yeganə qolunun müəllifi isə Ronaldo de Souza olub.
Bu qələbə ilə “Şəfa” uğursuz seriyasını qırıb. Bakı klubu xallarını 8-ə çatdıraraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “İmişli” isə 12 xalla 8-ci sıradadır.
Turun bu gün keçiriləcək digər matçında “Neftçi” “Zirə” ilə üz-üzə gələcək. “Palms Sports Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.
27 xalla lider olan “Neftçi” doğma meydanda növbəti qələbəsini qazanmağa çalışacaq. 20 xala malik “Zirə” isə 5-ci pillədə qərarlaşıb.