- Misli Premyer liqa
- 21:21 27.11.2026
Azərbaycan Premyer Liqasında XIII turun daha bir qarşılaşması baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, turun ikinci oyununda “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib. “Palms Sports Arena”da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Ağ-qaralar”a qələbə qazandıran yeganə qolu 8-ci dəqiqədə Breno Almeyda vurub.
Bu nəticədən sonra xallarını 30-a çatdıran “Neftçi” turnir cədvəlinin liderliyini qoruyub. “Zirə” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, turun açılış matçında “Şəfa” səfərdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib. Bakı klubunun heyətində Elnur Cəfərov dubla imza atıb, Musa Quel isə digər qolu vurub. Meydan sahiblərinin yeganə qoluna Ronaldo de Souza imza atıb.
Hazırda “İmişli” 12 xalla 8-ci, “Şəfa” isə 8 xalla 11-ci sırada yer alır.