- Misli Premyer liqa
- 18:30 28.11.2026
Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz” “Kəpəz” üzərində qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Tovuz şəhər stadionunda keçirilən Qərb derbisi meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
“Turan Tovuz”un heyətində Hayderson Hurtado 72-ci, Joarlem Santos isə 90+1-ci dəqiqədə fərqlənib. “Kəpəz”in yeganə qolunu 84-cü dəqiqədə penaltidən Şakir Seyidov vurub.
Bu qələbədən sonra xallarını 27-yə çatdıran Tovuz təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Gəncə klubu isə 18 xalla altıncı sıradadır.
XIII turun bu gün keçiriləcək digər matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün “Şəfa” “İmişli”ni 3:1, “Neftçi” isə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.