28 noyabr 2026. Şənbə

“Sabah” “Araz-Naxçıvan”ı məğlub edib


“Sabah” “Araz-Naxçıvan”ı məğlub edib
Rəsmi

“Sabah” Azərbaycan Premyer Liqasının XIII turunda növbəti qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Bakı klubu doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah”ın heyətində Coy-Lens Mikels 18-ci dəqiqədə, Ksander Severina isə 68-ci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.

Turun digər oyununda “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, ötən gün keçirilən matçlarda “Şəfa” səfərdə “İmişli”yə (3:1), “Neftçi” isə doğma meydanda “Zirə”yə (1:0) qalib gəlib.

Azərbaycan Premyer Liqasının XIII turuna sabah keçiriləcək oyunlarla yekun vurulacaq.







Misli Premyer liqa

“Sabah” “Araz-Naxçıvan”ı məğlub edib
  • Misli Premyer liqa
  • 21:16 28.11.2026
“Sabah” “Araz-Naxçıvan”ı məğlub edib