- Misli Premyer liqa
- 19:12 29.11.2026
Misli Premyer Liqasının XIII turuna “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, “Azərsun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın heyətində Aleksandr Kaşuk 42-ci, Renaldo Sefas 45+2-ci, Taofik İsmail 77-ci, Musa Qurbanlı isə 86-cı dəqiqədə fərqlənib. “Sumqayıt”ın qollarını İsa Suliman 8-ci, Emil Mustafayev 55-ci dəqiqədə vurublar.
Bu nəticədən sonra “Qarabağ” 23 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 10 xalı olan “Sumqayıt” isə 10-cu sıradadır.
Xatırladaq ki, XIII turun digər oyunlarında “Şəfa” “İmişli”ni (3:1), “Neftçi” “Zirə”ni (1:0), “Turan Tovuz” “Kəpəz”i (2:1), “Sabah” “Araz-Naxçıvan”ı (2:1), “Şamaxı” isə “Qəbələ”ni (2:0) məğlub edib.