16 avqust 2026. Bazar günü

Kubokun finalı bu stadionda keçirilə bilər


Kubokun finalı bu stadionda keçirilə bilər
2019-2020 mövsümü Azərbaycan kubokunun final oyunu "Əlincə Arena"da ("Bank Respublika Arena") ola bilər.

Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, həlledici matçın "Sabah"ın ev oyunlarını keçirdiyi stadionda olacağı nəzərdə tutulub.

"Biz final matçının bölgələrdə keçirilməsinin tərəfdarıyıq. Gəncədə olsa, daha yaxşı olardı. Ancaq orada bunun üçün şərait yoxdur. Stadion rəhbərliyi ilə danışmışıq. Onlar da finalın "Əlincə Arena"da keçirilməsini istəyir. İşıqlandırma sistemindəki çatışmazlığı aradan qaldırmağa çalışırlar. Hər halda final üçün "Əlincə Arena" nəzərdə tutulub".

Qeyd edək ki, Azərbaycan kubokunun finalı 2020-ci il, mayın 16-da keçiriləcək.(qol)





Misli Premyer liqa

“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer