22 iyun 2026. Bazar ertəsi

18-ci duel


18-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək.

Corner.az "Zirə” klubunun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş rəqiblərin Azərbaycan çempionatları çərçivəsində 18-ci duel olacaq. Bu qarşılaşmalarda “qartallar” daha çox – 10 qələbə qazanıb. 3 matçda 1 xal əldə edən komanda yalnız 4 dəfə uduzub. Son 4 görüşdə meydanı qələbə ilə tərk edən zirəlilər top fərqində də üstünlüyə malikdi. Rəqib qapısından 23 top keçirən “Zirə” 13 qol buraxıb. “Sumqayıt”la görüşlərdə “qartallar”ın ən məhsuldar oyunçuları Aleksandr Dedovla Vüsal İsgəndərlidi. Bu futbolçular hərəyə 3 dəfə fərqləniblər.

Öz meydanında 9-cu dəfə “Gənclik şəhəri” təmsilçisini qəbul edəcək “Zirə” əvvəlki görüşlərdə 6 qələbəyə sevinib. “Doğma divarlar” arasında bir heç-heçə və bir məğlubiyyəti olan Bakı təmsilçisi qonaqların qapısından 14 top keçirib, 6-nı buraxıb.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı