20 aprel 2026. Bazar ertəsi

Tanrı bizim əziyyətimizi yerdə qoymayacaq - Riçard Almeyda


Tanrı bizim əziyyətimizi yerdə qoymayacaq - Riçard Almeyda

“Nəzərə alaq ki, çempionatdakı əsas rəqibimizə qarşı oynayırdıq. Təbii ki, qələbə hamımızı daha çox məmnun edərdi. Amma 1 xal da 1 xaldır. Ona görə də evə məmnun dönə bilərik. Qarşıda APOEL-lə daha önəmli oyun var. Artıq bütün diqqətimizi ona yönəltmişik”

Corner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi 2-ci hissədə oyunun təşəbbəsünü əldən verdiklərini söyləyib: “İlk dəqiqələrdən oyuna yaxşı başladıq. Ümumiyyətlə, ilk hissədə yaxşı oynadığımızı düşünürəm. Biz “Neftçi” ilə oyuna köklənmişdik. Bəlkə də, 2-ci hissədə bir az təşəbbüsü əldən verdik. İlk hissədə oyunu qurmaq cəhdlərimizi 2-ci hissədə “Neftçi” analiz edərək, qarşısını aldı. Yəni, boşluqlar vermədi. Buna görə də hücuma çıxmaqda çətinlik çəkirdik. Qeyri-adi heç nə baş vermədi. Futbolda olan şeydir. Biz sabahdan APOEL-lə oyunu düşünməyə başlayacağıq”.

O, hələ çempionluq haqda danışmağın tez olduğunu deyib: “Hələ çempionatın sonuna çox var. Yanvara qədər də hadisələr dəyişə bilər. Bütün bunları nəzər almaq lazımdır. “Neftçi”nin əsas rəqibimiz olduğunu qeyd etdim, amma geridən “Zirə”, “Səbail” də gəlir. Onlara da hörmətlə yanaşmaq lazımdır. Hələ çempionluq barədə danışmaq üçün çox erkəndir”.

R. Almeyda Avroliqanın qrup mərhələsinin növbəti turunda səfərdə APOEL-lə keçiriləcək oyuna haqda da fikirlərini bildirib: “Motivasiyamız necə lazımdırsa, var. Ötən dəfə verdiyim müsahibədə bildirmişdim ki, burada oynadığımız oyundan ən azı, 3 dəfə güclü oynamalıyıq ki, istəyimizə çataq. Ümid edirəm ki, tanrı da bizim əziyyətimizi yerdə qoymayacaq və bu dəfə bizi növbəti mərhələyə keçməklə mükafatlandıracaq”.







Misli Premyer liqa

“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
  • Misli Premyer liqa
  • 18:22 18.04.2026
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
“Neftçi” “Zirə” ilə heç-heçə edib
  • Misli Premyer liqa
  • 22:06 17.04.2026
“Neftçi” “Zirə” ilə heç-heçə edib
“Qarabağ” 700 manat cərimələnib
  • Misli Premyer liqa
  • 12:43 15.04.2026
“Qarabağ” 700 manat cərimələnib