7 avqust 2026. Cümə

Bu oyun mənim üçün xüsusi idi - Gerye


Bu oyun mənim üçün xüsusi idi - Gerye
Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə edən “Neftçi”nin futbolçusu Donald Gerye jurnalistlərə müsahibə verib.

Corner.az xəbər verir ki, haitili futbolçu nəticəni qənaətbəxş hesab edib:
 
- Sona qədər savaşdıq. Bir xal qənaətbəxşdi.
 
- Bu gün “Neftçi” qalib gəlsəydi, xal fərqini azaldacaqdı. Oyundan öncə belə düşünürdünüz, yoxsa bir xala razı çıxmışdınız?
- Heç-heçəni düşünmürdük. Heç bir komanda bərabərliyi istəməz. Bilirdik ki, Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Bunu ağlımızda saxlayırdıq. Meydana vuruşmağa çıxmışdıq. Belə olan halda bir xal normaldı. Futbolda üç nəticə əldə etmək olar. Biz də heç-heçəyə nail olduq. Hər halda uduzmadıq.
 
- “Qarabağ”a qarşı oynamaq sənə xüsusi motivasiya verir?
- Bu oyun mənim üçün xüsusi idi. Amma başqa oyunlara necə köklənirdimsə, bu matça da elə yanaşmışam. Böyük fərq yox idi. Futbol mənim işimdi. Əlimdən gələni etməliyəm ki, komandama kömək edim.
 
- Oyunda gərgin anlar oldu. Son dəqiqələrdə Tural Axundovun yerdə qaldığı epizodda hakim penalti təyin etmədi. Həmin epizodlarla bağlı nə fikirlərin var?
- Turalın yerdə qaldığı epizodu şərh edə bilmərəm. Çünki bu, hakimin qərarıdı. Penalti verə də bilərdi, amma bu qərarı verdi. Mənim bu gün xoşuma gəlməyən Stiven-Jozef Monrozun epizodu oldu. O, təmiz qol vurdu, oyundakənar vəziyyətdən söhbət gedə bilməz, ancaq hardansa ofsayd gördülər.
 
- “Neftçi” mövsümə uğursuz başlasa da, son 5 oyunun 4-də qalib gəlib, 1-də heç-heçə edib. Komandada nə dəyişib?
- Startımız uğurlu deyildi. Xallar itirdik. Sonradan hər oyuna final kimi yanaşdıq. Buna motivasiya baxımından yanaşırdıq.






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı