4 noyabr 2026. Çərşənbə

Problemlərimiz müdafiə xəttindədir - Zaur Həşimov


Problemlərimiz müdafiə xəttindədir - Zaur Həşimov

“Yaxşı komandaya qarşı oynadıq. Onlar bizi orta xəttə üstələdilər. Bunun səbəblərini bilirik və üzərində çalışacağıq. Komandanın əsas problemi budur”. 
 
Corner.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la heç-heçə etdikləri (2:2) matçdan sonra mətbuat konfransında deyib.

 
O, matçı qısaca olaraq belə şərh edib: "Asan qollar buraxdıq. Problemlərimiz müdafiə xəttindədir. Xal qazana bilmişiksə, deməli, bir xala layiqik".(qol)







Misli Premyer liqa