7 avqust 2026. Cümə

Mənə dedi ki, hər şeyi unutmuşam - Ayxan Abbasov


Mənə dedi ki, hər şeyi unutmuşam - Ayxan Abbasov

"Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik irəliləyə bilərdik".

Corner.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 10-cu turunda "Zirə" ilə heç-heçə etdikləri (2:2) görüşdən sonra mətbuat konfransında deyib.
 
O, son dəqiqələrdə məğlubiyyətdən qaçmalarına baxmayaraq, bu gün iki xal itirdiklərini bildirib: "Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odur ki, futbolçular qarşılaşmada düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik".  

38 yaşlı mütəxəssis bir müddət əvvəl əvəzedici heyətə göndərilən və bu gün isə əsas heyətdə meydana çıxan Aleksey İsayevin çıxışı barədə də danışıb: "Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Oyunçu istəklidir. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. O, tam formada deyil. Alekseyi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir futbolçudan şikayətim yoxdur. Hamısından razıyam. İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi analiz elədi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə daha gümrah idik və hücumlar olurdu".

A.Abbasov Peyman Babayinin oyunu haqda isə belə deyib: "Peyman Babayi hər oyun epizoda girə bilər. Bu gün istifadə edə bilmədi. Amma istəklidir. Komandaya gələndən sonra çox artırıb. Bunu hamı görür".







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı