7 avqust 2026. Cümə

5 metrdən boş qapıya düşə bilmirsənsə ... - Elmar Baxşıyev


5 metrdən boş qapıya düşə bilmirsənsə ... - Elmar Baxşıyev

"Komandanı çətin oyuna hazırlamışdıq. İki fərqli hissənin şahidi olduq. İlk yarıda komandamız daha dominant futbol oynadı. Fasilədən sonra boşluqlar verməyə başladıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"a 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, epizodları qiymətləndirdikdə, komandasının məğlubiyyətə layiq olmadığı görünür: "Qol buraxandan sonra ardıcıl imkanlar yaradırdıq. Oyunçular hücumda istədiyimizi verirdilər. Buna görə əvəzetməni tez reallaşdırmağı lazım bilmədik".

Baxşıyev oyunun sonlarında Ülvü İsgəndərovun əlverişli şansı qaçırmasına da toxuub: "5 metrdən boş qapıya düşə bilmirsənsə, burda ustalıqdan yox, şansdan danışmaq lazımdır. Bunu bəxtlə izah edərdim. Müdafiədə, bir az da yarımmüdafiədə boşluqlara yol verib, rəqibə açıq futbol oynamaq imkanı yaratdıq. Bunun da nəticəsində çətinliklə üzləşdik".

Baş məşqçi sonuncu pillədə olmalarına rəğmən, mübarizələrini davam etdirəcəklərini vurğulayıb: "Komanda kimi təslim olmamışıq. Sonadək mübarizə aparacağıq. Bu kollektivin xallar qazanmağa potensialı var. Hər rəqibə qarşı öz futbolunu nümayiş etdirməyə çalışır. Bir az gənc komandayıq, zamana ehtiyac var”.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı