13 may 2026. Çərşənbə

Sabah 274 gündən sonra ilk dəfə...


Sabah 274 gündən sonra ilk dəfə...

“Sabah” səfərdəki qələbəsiz oyunlar seriyasına son qoyub.

Corner.az xəbər verir ki, ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubu Premyer Liqanın X turunun “Qəbələ” ilə matçında 3 xal qazanıb – 2:1.

Bunadək paytaxt təmsilçisinin son səfər qələbəsi fevralın 2-nə təsadüf edib. “Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə edib və 7 dəfə uduzub.

274 günlük seriyanın qırılması həm də paytaxt klubunun Premyer Liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib.

Qeyd edək ki, “Qəbələ” – “Sabah” oyunu X turda qalibi müəyyənləşən yeganə qarşılaşmadı. Premyer Liqanın 8 komanda ilə keçirildiyi dövrdə 6-cı dəfə belə hal yaşanıb. 2016/17 mövsümündə 1, 2017/18 mövsümündə 4 dəfə turun dörd görüşündən üçündə heç-heçəyə təsadüf olunub.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi