13 may 2026. Çərşənbə

Qarabağ'ın seriyasına son qoyuldu


Qarabağ'ın seriyasına son qoyuldu

“Qarabağ”ın qol seriyası sona çatıb.

Corner.az xəbər verir ki, Premyer Liqanın X turunda “Neftçi”nin qonağı olan Ağdam klubu mövsümdə ilk dəfə meydandan qol vurmadan ayrılıb – 0:0.

Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb. Belə ki, cari mövsümün əvvəlki 9 qarşılaşmasında 19 topa imza atan “Qarabağ” ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda ağdamlılar 26 dəfə rəqib qapısına yol tapıb.

Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən “Qarabağ”ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə “Zirə”ylə qolsuz heç-heçə qeydə alınıb.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdı. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdı. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi