29 yanvar 2026. Cümə axşamı

Apellyasiya Arbitraj Tribunalından qərar dəyişikliyi


Apellyasiya Arbitraj Tribunalından qərar dəyişikliyi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

Corner.az-ın məlumatına görə, toplantıda AFFA İntizam Komitəsinin çıxardığı 3 qərardan şikayətlərə baxılıb. 

Bunlardan biri sentyabrın 29-da U-15 Liqasında keçirilmiş “Sabah” - "Binə" matçı ilə əlaqədar olub. Həmin qarşılaşma zamanı binəli azarkeşlərin meydana daxil olaraq rəqib komandaya hucum ediblər. Nəticədə oyun yarımçıq dayandırlıb. Bu səbəbdən, İntizam Komitəsi “Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Meydan sahibi kluba – “Sabah”a təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Apellyasiya Tribunalı isə bu qərarı dəyişdirərək, hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verib.

Bununla yanaşı, oktyabrın 22-də U-17 Liqasında keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” matçı ilə bağlı qərara yenidən baxılması məqsədəuyğun sayılıb. Bununla əlaqədar qərar iddiaçının təqdim etdiyi video-görüntülərlə birlikdə AFFA İntizam Komitəsinə qaytarılıb. Bu görüşdə meydan sahiblərindən Xanoğlan İsmayılov, Gəncə təmsilçisindən isə Cavid Qurbanov 90+4-cü dəqiqədə aqressiv davranışları səbəbindən birbaşa qırmızı vərəqə alıb. “Xəzər Lənkəran” azarkeşləri isə meydana daxil olublar. İntizam Komitəsi hər iki oyunçuya 4 oyunluq cəza, “Xəzər Lənkəran”a isə 1 ev oyununu azarkeşsiz keçirilməsi qadağası qoyulub.

Futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA matçının 11-ci dəqiqəsində meydan sahiblərinin futzalçısı Anar Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətməsi səbəbindən 4 oyun cəzası isə qüvvədə saxlanılıb. 







Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi