7 may 2026. Cümə axşamı

"Bundan artığına layiqik" - Elmar Baxşıyev


"Bundan artığına layiqik" - Elmar Baxşıyev

“Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirəm. Azarkeşlərimizi bu bayrama görə sevindirmək istəyirdik. Komanda əlindən gələni etdi və qələbə qazandı. Gənc komanda üçün qələbə qazanmaq çox sevindiricidir. Komandamızda yetərincə gənc oyunçular var ki, bu qələbə onlar üçün əlavə motivasiyadır. İbrahima Niassenin komandaya qoşulmağını mən xahiş eləmişdim. O, artırmağa qadirdir. Onun təcrübəsi bizə çox lazım olacaq".

Corner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat kofransında deyib.

"Məğlub olduqdan sonra da bu komandaya inanırıq. Komandanın potensialını görürük, bundan artığına layiqik. Sonadək üzərimizə düşənə edəcəyik ki, daha yuxarı mövqelərə yaxınlaşaq. Məqsəd oyun keyfiyyətlərini artırmaq və gənclərin təcrübə toplamasıdır. Davit Volkov zədələndiyi üçün özü əvəzlənməsini istədi. Bu, mikrozədədir. “Sabah”la oyunda daha yaxşı oynasaq da, qol imkanlarından yararlanmadıq" - deyə o bildirib.

E.Baxşıyev komandada çox gənc futbolçular olduğunu vurğulayıb: "Təcrübə baxımından geri qalırıq. Bunu istək və əzmkarlıqla kompensasiya edirik. Daha fərqli komanda görəcəksiniz, məzmunlu və baxımlı futbol göstərəcəyik. Bu epizodları yaratmaq da müsbət məqamdır və sevindiricidir. Bu imkanlardan yararlanmağın üzərində işləyib, istifadə ilə bağlı çatışmazlığı aradan qaldıracağıq”.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi