7 may 2026. Cümə axşamı

Qarabağ'ın uğurlu seriyası qırılıb


Qarabağ'ın uğurlu seriyası qırılıb

“Qarabağ”ın ev oyunlarındakı uğurlu seriyaları qırılıb.

Corner.az-ın PFL-in saytına istinadən xəbərinə görə, “Zirə” ilə 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi Premyer Liqanın 2019/20 mövsümündə ilk dəfə öz meydanında xal itirib və qol buraxıb.

Qurban Qurbanovun komandası evdə sonuncu dəfə 2019-cu il martın 9-da xal itirmişdi. Ötən mövsümün “Zirə” ilə qarşılaşmasında qolsuz heç-heçə edən ağdamlılar bundan sonra ardıcıl 8 qələbə qazanıb. “Qarabağ” ötən mövsümdə “Sabah” (3:0), “Keşlə” (3:0), “Səbail” (4:0), cari çempionatda isə “Qəbələ” (3:0), “Neftçi” (2:0), “Sumqayıt” (2:0), “Sabah” (2:0) və “Səbail” (1:0) üzərində qələbələri sıralayıb.

246 gündən sonra evdə xal itkisi ilə üzləşən Ağdam təmsilçisi quru hesabla qalib gəldiyi 8 matç, həmçinin “Zirə”ylə ötən mövsümdəki görüşdə qol buraxmamışdı. Evdə ardıcıl 9 quru oyun keçirən komanda sonuncu dəfə 266 gün əvvəl - fevralın 17-də “Qəbələ”dən qol buraxıb – 2:1.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi