- Misli Premyer liqa
- 17:53 05.05.2026
Milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan “Keşlə” bu gün yoxlama görüşü keçirib.
Corner.az xəbər verir ki, paytaxt təmsilçisi birinci divizion klubu "Qaradağ Lökbatan"la üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan görüşdə "Keşlə" 4:0 hesabı ilə qələbə qazanıb. Komandanın qollarını Emin Mehtiyev, Franko Flores, Pərviz Azadov və Xəzər Mahmudov vurublar.