7 avqust 2026. Cümə

Maksim Medvedevin son durumuna aydınlıq gəldi


Maksim Medvedevin son durumuna aydınlıq gəldi

Azərbaycan milli komandasının məşqində zədələndiyi üçün heyətdən çıxarılan kapitan Maksim Medvedev təxminən 10 gün yaşıl meydanlardan kənar qalacaq.

Bu barədə 32 yaşlı müdafiəçinin formasını geyindiyi “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, Medvedevin yığmanın ilk məşqində ayaq əzələsi dartılıb.

Təcrübəli futbolçu noyabrın 22-də Premyer Liqanın XII turunda “Sumqayıt”la səfər görüşünü buraxacaq. Onun noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə İspaniyadakı matçda forma geyinməsi də sual altındadır.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 19-da AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olacaq.(report)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı