7 avqust 2026. Cümə

Paytaxt klublarının 18-ci dueli


Paytaxt klublarının 18-ci dueli
Bu həftə Azərbaycan Premyer Liqasında 12-ci turun qarşılaşmaları baş tutacaq.

Corner.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı turda “Zirə” “Keşlə” ilə qarşılaşacaq. Bu, komandalar arasında 18-ci görüş olacaq.
 
İndiyədək bu rəqiblər 17 dəfə üz-üzə gələn “qartallar” 4 dəfə qalib gəlib. 8 oyunda 1 xal əldə edən bu komanda 5 dəfə meydandan məğlub ayrılıb. 34 qolun vurulduğu görüşlərdə rəqiblər hərəyə 17 dəfə fərqləniblər. 
 
“Zirə”nin “Keşlə”yə qarşı keçirilən matçlardakı bombardiri Xulio Sezar Rodriqesdi. Paraqvaylı rəqib qapısına üç dəfə yol tapıb. Yovan Krneta və Milan Duriçin hesabında 2 top var.
 
“Qartallar” öz meydanında 9-cu dəfə “Keşlə”ni qonaq edəcək. Əvvəlki 8 matçın yarıdan çoxu – 5-i heç-heçə nəticələnib. 2 dəfə qalib gələn meydan sahibləri 1 dəfə uduzublar. 10 qol vuran komanda 8 top buraxıb. Yalnız ilk ev oyununda meydandan qolsuz ayrılan “Zirə” sonrakı 7 görüşdə qonaqların qapısına yol tapıb.






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı