12 may 2026. Çərşənbə axşamı

Gördüm oyun alınmır, çox da riskə getmədim - Qurban Qurbanov


Gördüm oyun alınmır, çox da riskə getmədim - Qurban Qurbanov

"Ayxan Abbasovu təbrik edirəm. "Sumqayıt" son matçlarda yaxşı oyun göstərir. Bu məğlubiyyəti gözləyirdim. Cari çempionatda ilk dəfə uduzduq".

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, heyətlə bağlı müəyyən problemlər var: "Futbolçuların üzərinə çox getməyəcəm. İki fərqli hissə oldu. Çox sadə epizodlarda top itkilərinə yol verdik. Halbuki daha soyuqqanlı olmalıydıq. Məğlubiyyəti qəbul etməliyik. Son vaxtlar tam istədiyimiz heyətlə oynaya bilmirik. Çox səbəblər axtarmaq istəmirəm. Futbolçuların fikirlərinin "Sevilya" ilə Avropa Liqasınının oyununda olduğunu düşünmürəm. Gördüm oyun da alınmır, çox da riskə getmədim. Əks halda Dani Kintananı da meydana buraxa bilərdim".

Qurbanov bildirib ki, hər bir məğlubiyyət futbolçulara təsir edir: "Biz peşəkarıq. "Sevilya" ilə matça qədər düzgün işləməliyik. Səhvləri hər kəs özü analiz edəcək. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq".

Baş məşqçi oğlu Musa Qurbanlıya əsas komandada şans verməməsinə də toxunub: "Hər şeyin öz vaxtı var. Musadan əlavə də bizimlə daha çox məşq edən gənclərimiz var. "Qarabağ"da oynamaq elə də asan deyil. Gənclər daha da çox çalışmalıdırlar".

Qurbanov qarşıdakı matçlarda qapıçı mövqeyində rotasiyanın olacağını istisna etməyib.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi