7 avqust 2026. Cümə

Oxşar qollar vurduq - Ayxan Abbasov


Oxşar qollar vurduq - Ayxan Abbasov

"Şəhərimizin 70 illik yubileyi idi. Ona görə də qələbə hədiyyə edə bildik. Rəqib güclü olsa da, qalib gəldik".

Corner.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, fasilədə futbolçulara onlardakı istəyi gördüyünü söyləyib: "Biz təkcə bu günü düşünmürük. Gələcəkdə daha çətin olacaq. Fiziki cəhətdən Premyer Liqa klublarının bütün komandaları eyni səviyyədədir. Əsas psixoloji hazırlıqdır. İndi geri düşsək də, sona qədər mübarizə aparırlar. Bu da bizi sevindirir. İlk yarıda bizdə aqressiya çatışmırdı. Rəqib topa sahib olmağı sevən komandadır. Bunu nəzər almışdıq. İkinci yarıda taktiki dəyişiklik etdik və oxşar qollar vurduq. Peyman Babayidə perspektiv görüb dəvət etmişik. Bura gələndən çox dəyişib. Bu gün 5 qolla bombardirlər sırasında olması bizi sevindirir".







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı