12 may 2026. Çərşənbə axşamı

Hər iki qolumu onlara həsr edirəm - Peyman


Hər iki qolumu onlara həsr edirəm - Peyman

Sumqayıt'ın futbolçusu Peyman Babayi Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri  matçdan sonra  jurnalistlərin suallarınnı cavablandırıb. Corner.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.

- Bizə görə çətin oyun oldu. "Sabah"la matçda çox yaxşı çıxış edib, 3 xal qazanmışdıq. Bu həftə "Qarabağ"ın oyununu təhlil edib, zəif nöqtələrini öyrənmişdik. Birinci hissədə müdafiədə oynayırdıq ki, qol buraxmayaq. İkinci hissədə qol epizodlarımızın olacağını bilirdik. Çox sevinirəm ki, hər iki epizodda topu qapı xəttindən keçirə bildim. Bu mövsüm "Qarabağ"ı ilk məğlub edən komanda "Sumqayıt" oldu. Növbəti turda isə "Keşlə" ilə qarşılaşacağıq. Çalışacağıq ki, yaxşı oynayaq.

- Qolların ikisi də eyni vəziyyətdə, küncə vurdun. Bunu hücumçunun bacarığı, yoxsa müdafiəçinin kobud səhvi ilə əlaqələndirmək lazımdır?

- Bilirsiniz ki, ölkənin ən yaxşı müdafiəçiləri, qapıçısı  "Qarabağ"dadır. Mən əvvəlcə Ayxan Abbasova təşəkkür edirəm ki, bu vəziyyətlərdə üzərimdə çox işləyib. "Zirə"ilə görüşdə də 3-4 qol epizodum oldu, istifadə edə bilmədim. Amma Ayxan müəllim mənə çox dəstək oldu. Epizodlardan yararlanıb, qola çevirə bildiyim üçün sevinirəm.

- Valideynlərin də oyunu izləyirdi. İkinci qoldan sonra onlara yaxınlaşdın. Yəni,  valideynlərinin stadionda olması sizin üçün stimul oldumu?

- Birinci dəfə idi ki, mənim oyunumu izləmək üçün  stadiona gəlmişdilər. Çox sevinirəm. Hər iki qolumu onlara həsr edirəm.

- Beqoviçə qol vurmaq necə hissdir?

- Yəqin ki, "Qarabağ" kimi komandaya qol vurmaq hər bir hücumçunun arzusudur. Azərbaycan futbolu "Qarabağ"la tanınır.  Hücumçu üçün qapıçının kim olmasının fərqi yoxdur. Mühüm olan budur ki, epizoddan yaxşı istifadə edəsən. Bu günkü qarşılaşmada yaxşı oynayıb,  "Sumqayıt"a kömək edə bildiyim üçün çox sevinirəm.(qol)







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi