20 aprel 2026. Bazar ertəsi

Təmiz penaltimiz verilmədi - Yevgeni Koçuk


Təmiz penaltimiz verilmədi - Yevgeni Koçuk

"Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Matçla bağlı fikirlərin necədir?

- Fasilədən sonra bütün komandalar üçün çətin olur. Fikrimcə, eyni səviyyəli oyun oynadıq. Oyunda ilk qolu vuran da biz idik. Hesabı qoruyub-saxlamalıydıq. Sadəcə meydanda azlıqda qaldıq. Hardasa diqqətsizlik oldu və birdən-birə üç qol buraxdıq. Oyunun əvvəlində təmiz penaltimiz verilmədi. "Keşlə” ilə oyunda da təmiz qolumuzu saymadılar, indi də penaltimizi vermirlər. Hakimlərin nəyə görə belə etdiyi mənim üçün də maraqlıdır.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Oyunun başa çatmasına 10 dəqiqə qalmışdı. Konsentrasiya çatmadı.

- Qırmızı vərəqə nəticəyə nə dərəcədə təsir etdi?

- Təsir etdi. Amma 10 nəfərlə də 5 dəqiqə hesabı qorumaq olardı.

- Qış fasiləsinə iki tur qalıb. Necə olacaq?

- Qələbəyə oynamaq istəyirik. Oyunlara hazırlaşacağıq. Pis nəticələr göstəririksə, çempionatda iştirak etməməliyik? Səhvlərimizi analiz edəcəyik, növbəti oyunlarda qələbə üçün oynayacağıq.

- Səncə, “qara zolaq”dan çıxa biləcəksiniz?

- Əlbəttə ki, çıxa bilərik. Niyə də çıxmayaq? Sadəcə bir qələbə qazanmalıyıq ki, hər şey yoluna düşsün.

- Səkkiz oyundur ki, komanda qalib gələ bilmir. Əsas problemi nədə görürsən?

- Pis oynamırıq, yaxşı oyun göstəririk. Sadəcə geridə qalan 8 oyunda düşən qol imkanlarından düzgün istifadə edə bilmirik. Hücumdakı epizodlardan dəqiq istifadə etməliyik.







Misli Premyer liqa

“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
  • Misli Premyer liqa
  • 18:22 18.04.2026
“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə
“Neftçi” “Zirə” ilə heç-heçə edib
  • Misli Premyer liqa
  • 22:06 17.04.2026
“Neftçi” “Zirə” ilə heç-heçə edib
“Qarabağ” 700 manat cərimələnib
  • Misli Premyer liqa
  • 12:43 15.04.2026
“Qarabağ” 700 manat cərimələnib